MSK DSK-lara tapşırıq verib

MSK DSK-lara tapşırıq verib

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək 

 

Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçicilərlə görüşlərinin üst-üstə düşməməsini tənzimləmək üçün dairə seçki komissiyalarına (DSK) tapşırıq verib.

 

AYNA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

 

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:

 

"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin elə bir hüququ yoxdur ki, namizədə görüş keçirilməsi üçün icazə versin. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".

Müəllif: Ayna.az      1 Fevral 2020 21:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin