Daxili orqanında 197 qram heroin keçirmək istəyən qadın saxlanılıb

Daxili orqanında 197 qram heroin keçirmək istəyən qadın saxlanılıb

Gömrükçülər narkotik vasitə aşkarlayıblar

 

AYNA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İrandan gələn qadın Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Azərbaycan vətəndaşı olan həmin şəxsin üzərində aparılan yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Nəticədə, onun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 10 ədəd bağlamada, ümumi çəkisi 197 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      9 İyul 2019 00:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin