Seçkiləri 60 minə yaxın yerli müşahidəçi izləyəcək

Seçkiləri 60 minə yaxın yerli müşahidəçi izləyəcək

Məzahir Pənahov: “Onlardan 56484 nəfəri dairə seçki komissiyalarında, 1860 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”

 

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar 58344 yerli müşahidəçi akkreditasiyadan keçib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

 

“Həmin müşahidəçilərdən 56484 nəfəri dairə seçki komissiyalarında, 1860 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”, - sədr bildirib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi bu gün başa çatıb.

Müəllif: Ayna.az      29 Yanvar 2020 17:48
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin