Koronavirusla bağlı AZAL-dan sərnişinlərinə müraciət

Koronavirusla bağlı AZAL-dan sərnişinlərinə müraciət

Çində sürətlə yayılan təhlükəli koronavirusa yoluxanların sayı artır

 

Bir çox dövlətlər virusla mübarizə məqsədi ilə səylərini gücləndirib. Azərbaycanda da dövlət səviyyəsində nəzarət və profilaktik tədbirlər davam edir. Nazirlər Kabinetinin son toplantısında qabaqlayıcı tədbirlər planı hazırlanıb və bütün qurumlar məlumatlandırılıb.

 

H.Əliyev adına Beynəlxalq Hava Limanında da virusun yayıldığı ölkəyə gediş və gəlişlə bağlı vəziyyət nəzarətə götürülüb. Bu barədə Azərbaycan Hava Yolları Dövlət Konsernin (AZAL) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Paşa Kəsəmənski AYNA-nın suallarını cavablandırarkən bildirib ki, yoluxucu xəstəliyin ortaya çıxması səbəbindən və virusun yayılma riskinin minimuma endirilməsi məqsədilə “Azərbaycan Hava Yolları”nın rəhbərliyi tədbirlər planı imzalayıb:


“Sənəd hava gəmilərinin müvafiq profilaktika komplektləri ilə təchizatını və hava gəmisinin heyətinin təyyarədə virusa yoluxmuş sərnişinin olmasından şübhələndiyi təqdirdə necə davranmalı olduqları barədə təlimlərin keçirilməsini nəzərdə tutur. 


Azərbaycan Beynəlxalq Hava limanının göyərtəsində koronavirus sərnişinin olduğu güman edilən təyyarələr üçün karantin meydançaları hazırlanıb.


Bundan əlavə, hava limanlarında Azərbaycan gömrük orqanları tərəfindən müvafiq işlər görülür və H.Əliyev adına Beynəlxalq Aeroportunun buraxılış məntəqələrində nəzarət gücləndirilib. Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı kimi simptomları olan insanların müəyyən edilməsi üçün termometriya, tibbi müayinə, vizual müayinə və digər diaqnostik metodlardan, həmçinin teplovizorlardan (insan bədəninin hərarətini məsafədən müəyyən edən cihaz) istifadə gücləndirilmiş rejimdə aparılır".


 
Məlumatda bildirilir ki, həmçinin mövcud epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara  bilərlər. Aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət etmək, yaxud  onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.

Müəllif: Raminə Eyvazqızı      28 Yanvar 2020 23:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin