Əsas səhifə Haqqımızda Xəbər lenti

Zəlzələdə zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Zəlzələdə zərər çəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində xeyli sayda insan ölüb

 

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş verən zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

 

AYNA bildirir ki, səfirlikdən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, hadisədən dərhal sonra qurulan “qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar.

 

“Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat verilməyib: "Səfirlik mütəmadi qaydada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə əlaqə saxlayır. Gün ərzində bölgədə yaşayan və qeydiyyatda olan Azərbaycan vətəndaşlarının siyahısı hazırlanacaq".

 

“Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək. Əlaqə nömrəsi: 00905526792565.

 

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.

 

Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər yaralanıb. Böyük həcmdə dağıntı var.

Müəllif: Ayna.az      25 Yanvar 2020 11:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin