Kosmosa səyahət arzusu gözündə qaldı

Kosmosa səyahət arzusu gözündə qaldı

Maseko 75 nəfərin iştirak etdiyi yarışın qaliblərindən biri olub

 

Cənubi Afrikada kosmik səyahətə qatılmaq şansı əldə edən Mandlo Maseko şənbə günü baş verən motosiklet qəzasında dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, 30 yaşlı Maseko “Lynx Apollo” kosmik akademiyasının 2013-cü ildə keçirilən yarışının qalibi olub. Yarışdan sonra o, “qitənin qüruru Afronot” ləqəbi ilə tanınıb.

 

Maseko 75 nəfərin iştirak etdiyi yarışın qaliblərindən biri olub. Lakin 2015-ci ildə 23 nəfərlik heyətlə səyahətə başlamalı olan “Lynx Mark II” raketinin uçuşu qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

‘Kıtanın gururu’ hayatını kaybetti

Xatırladaq ki, 2002-ci ildə Cənubi Afrikalı ağdərili iş adamı Mark Şatlvorz 15 milyon dollar məbləğində pul ödəyərək rus Soyuz kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya səyahət edib.

Müəllif: Ayna.az      8 İyul 2019 21:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin