Ali dini liderin gizli imperiyası və ya İranda nəhənglərin döyüşü başladı

Ali dini liderin gizli imperiyası və ya İranda nəhənglərin döyüşü başladı

Eldar Namazov: “Söhbət 150 min nəfərlik silahlı birləşməyə və ölkə iqtisadiyyatının 30 faizinə nəzarət uğrunda mübarizədən gedir”

 

İranda və bu ölkənin ətrafında gərginlik səngimir. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsindən bu yana artan gərginlik fonunda, az qala, hər gün cənub qonşumuzla bağlı qalmaqallı hadisə baş verir. Mövzu ətrafında AYNA-nın suallarını Azərbaycan Respublikası Prezidentinin katibliyinin keçmiş rəhbəri, “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti, siyasi təhlilçi Eldar Namazov cavablandırıb.

 

- Eldar müəllim, Qasım Süleymaninin öldürülməsi ilə bağlı bir sıra versiyalar səslənir və mövzu indiyədək müzakirə olunmaqda davam edir. Məsələn, belə bir iddia var ki, Süleymaninin öldürülməsində İrandakı müxtəlif dairələr maraqları olub və sui-qəsd Tehrandan ötürülən məxfi informasiya əsasında baş tutub...

 

- Bu, çox ağır ittihamdır və bu ittihamı irəli sürmək üçün ya faktlara əsaslanmaq lazımdır, ya da şübhələr olmalıdır. Məsələn, Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı məndə belə şübhələr var. Yəni bu, təsadüfi baş vermiş hadisədən daha çox, hazırlanmış təxribata oxşayır. Süleymaninin qətlində isə yeganə qaranlıq məqam ondan ibarətdir ki, onun İraqa gəlişi məxfi səfər idimi və onu izləyib yerini müəyyən etmək üçün kimlərsə ABŞ hərbçilərinə yardım edibmi? Çünki Süleymani çoxdandır ki, ABŞ-ın “qara siyahı”sında idi və onu uzun müddətdir, izləyirdilər. Bir də pilotsuz uçuş aparatları ilə dəqiq əməliyyat keçirmək və Süleymaninin istifadə etdiyi avtomobili raketlərlə vurub darmadağın etmək çox böyük dəqiqlik və güclü informasiyaya malik olmağı tələb edirdi. O informasiyaları ABŞ tərəfə kimlərsə ötürüb-ötürməyib, bax bu məsələlər artıq qaranlıqdır. O məsələlərə aydınlıq gətirilsə, onda bu suala dəqiq və konkret cavab vermək mümkün olar.

 

- İranla bağlı ikinci miqyaslı hadisə Tehranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması oldu. Siz söhbətin əvvəlində bu hadisə barədə şübhələriniz olduğunu dediniz. O şübhələr nədən ibarətdir?

 

- Həmin sərnişin təyyarəsinin vurulduğu Tehran hava limanı, faktiki olaraq SEPAH təşkilatının nəzarətindədir. Vaxtilə bu hava limanının tikinti prosesini Türkiyəyə məxsus şirkətlər həyata keçirmişdi. Ona görə hava limanının idarəetməsi də onlara veriləcəkdi. Ancaq SEPAH buna qəti şəkildə etiraz etdi və hava limanının açılışı bir neçə gün gecikdi. Nəhayət, danışıqlar nəticəsində hava limanı SEPAH-ın nəzarətinə verildi və ondan sonra açılış oldu.

Müəllif: Tural Talehoğlu      24 Yanvar 2020 16:01
Siyasət bölməsinə aid digər xəbərlər
12 Avqust
23:46
Kimin yanında olmalı: Dost diktatorun, yoxsa tanımadığımız demokratların?
12 Avqust
22:03
Əhaliyə kommunal “bonus” – KARANTİNdə…
12 Avqust
21:09
Yeni qaydalar nə qonağa sərf edəcək, nə də otellərə - Dövlət əlini daşın altına qoymalıdır
12 Avqust
19:19
“Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT
12 Avqust
16:49
Azərbaycanda daha 93 nəfər koronavirusa yoluxub
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin