Dəniz sahilində əcaib canlı tapılıb

Dəniz sahilində əcaib canlı tapılıb

Qeyri-adi dəniz canlısı görənlərin təəccübünə səbəb olub

 

ABŞ-ın Cənubi Karolina ştatında sahilə çıxan dəniz canlısı sosial mediada böyük marağa səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Karolinada Folli sahilinə gedən Aleksandr İlq adlı bir nəfər çimərlikdə gəzərkən qəribə mənzərə ilə qarşılaşıb.

 

Qəribə canlıya yaxından baxmaq üçün yaxınlaşan Aleksandr çəhrayı və yumşaq formalı canlının nə olduğunu anlamaqda çətinlik çəkib.

 

Aleksandr müəmmalı dəniz canlısının fotosunu sosial mediada paylaşıb və foto qısa müddətdə minlərlə istifadəçinin reaksiyasına səbəb olub.

 

İstifadəçilər həmin canlının köpək balığı və ya yad planetli məxluq olduğuna dair proqnozlar veriblər.

Bəzi istifadəçilər isə bu məxluqun “Tunique” fəsiləsindən olan onurğalı dəniz canlısı olduğunu söyləyiblər. İstifadəçilər “Tunique”lərin, əsasən, qayalıq və sərt yerlərdə yaşadığını, onları qütb və tropik bölgələrdə görməyin mümkün olduğunu bildiriblər.

Müəllif: Ayna.az      24 Yanvar 2020 15:16
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin