Davosda “Qarabağ” müzakirə olunub

Davosda “Qarabağ” müzakirə olunub

İlham Əliyev şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub.

 

“Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

 

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az      24 Yanvar 2020 14:36
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin