Hökumətdən 4 milyon dollarlıq “məhsuldarlıq”

Hökumətdən 4 milyon dollarlıq “məhsuldarlıq”

İqtisadçı: “Hökumət 5 il ərzində bu strateji məqsədə çatmaq üçün ölkənin bütün resurslarını səfərbər etmişdi”

 

Azərbaycanda qeyri-neft sektoru üzrə ixracat 2014-cü ildən bəri 245 milyon dollara qədər yüksəlib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun son açıqlamasına görə, ötən il Azərbaycanın qeyri-neft ixracatı 1,9 milyard dolları ötüb. Müqayisə üçün deyək ki, keçən il bu rəqəm 1 milyard 689 milyon dollar səviyyəsində olub.

 

Rəsmi məlumatlara əsasən, hər il ölkədən ixrac olunan qeyri-neft məhsullarının həcmi artır. Üstəlik, cari ildə artımın 14%-ə çatdığı deyilir. Bəs əsl həqiqət necədir?

 

Qeyri-neft məhsulları ixrac edən aparıcı dövlət şirkətlərinin reytinqinə, ənənəvi olaraq Azərbaycanın enerji sektorundakı iki müəssisə liderlik edir. Onlardan biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İqtisadi əməliyyatlar və marketinq departamentidir ki, bu da hər ay orta hesabla 14 milyon dollar dəyərində məhsul ixrac edir.

 

ARDNŞ-nin ən yaxın izləyicisi, eyni zamanda ölkənin enerji sektorunu təmsil edən dirə şirkət isə, xarici elektrik bazarlarına aylıq 12 milyon dollar dəyərində məhsul satan “Azərenerji” ASC-dir. Kənd təsərrüfatını təmsil edən müəssisələr də aktivdir, çünki kənd təsərrüfatı məhsulları iqtisadiyyatın qeyri-neft sektorundan olan mallar siyahısında liderlik edir. Bununla yanaşı, qeyri-neft ixracının həcmini maddi baxımından nəzərdən keçirsəniz, son beş ildə fərq olduqca azdır.

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Nemat Əliyevin sözlərinə görə, faktlara və müqayisələrə nəzər salmazdan əvvəl xatırlatmaq lazımdır ki, qeyri-neft ixracının artırılması vəzifəsi 2015-ci ildən bəri gündəmdə olub: “Bu sahədə işlərin gücləndirilməsi hədəfləri, demək olar ki, bütün hökumət üzvləri və dövlət qurumları qarşısında bir vəzifə olaraq qoyulub. İndi isə rəqəmlərə baxaq. Ötən il Azərbaycan 1,954 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. Halbuki altı il əvvəl, 2014-cü ildə Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 1.709 milyard dollar olub”.

“Faktiki bazar qiymətləri ilə hesablanan göstəriciləri müqayisə etsək, son beş ildə qeyri-neft məhsullarının ixracı 245 milyon dollar artıb. Eyni zamanda, orta artım tempi ildə 49 milyon dollar və ayda 4 milyon dollar təşkil edib. Beləliklə, beş il ərzində strateji məqsədə çatmaq üçün ölkənin bütün resurslarını səfərbər edən hökumətin orta aylıq "məhsuldarlığı" 4 milyon dollar səviyyəsindədir. Bəyan olunan göstəricinin ölkənin potensialına uyğun olduğunu söyləmək olarmı? Ancaq tələb olunan qiymətləndirmə iqtisadiyyatımızın qeyri-neft seqmentinin böyüməsinə yönəlmiş hökumətin 5 illik fəaliyyətini qiymətləndirmək baxımından son dərəcə əhəmiyyətlidir”, - ekspert bildirib.

 

Son illərdə qeyri-neft ixracatının artması ilə bağlı səslənən təriflər, az qala iqtisadi islahatlarla bağlı “mahnının” musiqisinə çevrilib. Bunda məntiq var. Həqiqətən, qeyri-neft məhsullarının ixracının həcmi diversifikasiya nəticələrinin birbaşa sübutudur.

 

Bəs qeyri-neft məhsullarının ixracında müsbət bir tendensiya varmı? Statistikaya görə, bir il əvvəl göstəricilər 2014-cü ilin səviyyəsindən geri qalıb, lakin keçən il yenə də altı il əvvəl xətti keçə bildik və fərq cüzi oldu - cəmi 245 dollarlıq artım.

Müəllif: Tanya Samsonova      23 Yanvar 2020 10:19
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin