“Statkom”: ÜDM 2,2 faiz artıb

“Statkom”: ÜDM 2,2 faiz artıb

Əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olub

 

İlkin məlumatlara əsasən, 2019-cu ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81681,0 milyon manata çatıb. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, yola saldığımız ildə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artıb: “ÜDM-in 41,4 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olub”.

Müəllif: Ayna.az      22 Yanvar 2020 12:21
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin