Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-da koronaviruslu xəstə qeydə alınıb

ABŞ-da koronaviruslu xəstə qeydə alınıb

Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronovirus diaqnozu qoyulub

 

Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virus ilk dəfə ABŞ-da qeydə alınıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki,  koronoviruslu xəstə Sietl şəhərində (Vaşinqton ştatı - Red) aşkarlanıb.

 

Bildirilib ki, Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronovirus diaqnozu qoyulub. 

 

“The Washington Post” qəzeti isə bildirib ki, xəstəlik təxminən 30 yaşlarında, təyyarə ilə Çindən gələn kişidə aşkarlanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.

Müəllif: Ayna.az      22 Yanvar 2020 01:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin