Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampın başına 3 milyon dollar “qoyuldu”

Trampın başına 3 milyon dollar “qoyuldu”

İranlı millət vəkili: “Onu öldürənə mükafat verəcəyik”

 

İran parlamentinin üzvü Əhməd Hamzeh ABŞ Prezidenti Donald Trampın başına pul mükafatı təyin edib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Hamzeh Trampın qatilinə 3 milyon dollar verəcəyini söyləyib.

 

İranın qeyri-rəsmi xəbər agentliyi İSNA-nın verdiyi məlumatda da məlumat öz əksini tapıb: “Kirman şəhərinin əhalisi adından Trampı öldürənə 3 milyon dollar mükafat verəcəyik”.

 

Lakin Hamzeh bu qərarı şəxsən özünün verdiyi, yaxud Tehran rəhbərliyindən aldığı barədə heç bir açıqlama verməyib.

 

Qeyd edək ki, Hamzehin bəhs etdiyi Kirman şəhəri, yanvarın 3-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə öldürülən İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymanın doğulduğu və dəfn edildiyi yerdir.

Müəllif: Ayna.az      21 Yanvar 2020 16:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin