Əsas səhifə Haqqımızda Xəbər lenti

Şahzadə Harri Böyük Britaniyanı tərk edib

Şahzadə Harri Böyük Britaniyanı tərk edib

Harri axşam reysi ilə uçan təyyarə ilə Kanadaya gedib

 

Şahzadə Harri Böyük Britaniyanı tərk edib.

 

AYNA xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

 

Məlumata görə, o, Kanadaya, xanımı Meqan Marklın və oğlu Arçinin yanına gedib.

 

Qeyd edilir ki, Harri Londonda Britaniya-Afrika investisiya sammitində iştirak etdikdən sonra axşam reysi ilə uçan təyyarə ilə Kanadaya gedib. Harri Britaniya paytaxtında ölkənin baş naziri Boris Consonla görüşüb.

 

Nəşr iddia edir ki, şahzadə Harri ölkəni elə tərk istəyib ki, hətta Bukinhem sarayında axşam qəbuluna da çıxmayıb. O, burada təşkilatçılardan biri olmalı idi.

Müəllif: Ayna.az      21 Yanvar 2020 07:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin