Dünyanın ən varlı insanının adı açıqlandı

Dünyanın ən varlı insanının adı açıqlandı

Arnaultun şəxsi sərvəti 1.9 milyard dollar artaraq 117 milyard dollara çatıb

 

Boşandıqdan bir müddət sonra rekord həddə təzminat ödəyən və uzun müddət dünyanın ən varlı adamı adını qazanan, “Amazon” şirkətinin direktoru Jeff Bezos postunu əldən verib.

 

AYNA xəbər verir ki, "Forbes" jurnalının açıqlamasında, 56 yaşlı Bezosu LVMH şirkətinin baş direktoru Bernard Arnaultun əvəzlədiyi bildirilib.

 

“Louis Vuitton” və “Christian Dior” kimi dünyaca məşhur markalara sahib olan Arnault uzun müddətdən sonra zənginlər siyahısının birinci pilləsində qərarlaşan ilk avropalı iş adamı olub.

 

Belə ki, Arnaultun şəxsi sərvəti 1.9 milyard dollar artaraq 117 milyard dollara çatıb və fransız iş adamı “müvəqqəti” də olsa, dünyanın ən varlı insanı tituluna sahiblənib.

Müəllif: Ayna.az      20 Yanvar 2020 17:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin