Ərdoğan və Pompeo Berlin konfransını tərk ediblər

Ərdoğan və Pompeo Berlin konfransını tərk ediblər

"Türkiyə tərəfi sammitdə konstruktiv rol oynayırdı"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Maykl Pompeo bu gün Almaniyanın paytaxtı Berlində keçirilən Liviya üzrə beynəlxalq konfransı tərk ediblər.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən DPA agentliyi bildirib.

 

Qeyd edilir ki, Ərdoğan Türkiyə nümayəndə heyətinin üzvləri ilə Almaniya Federal Kansleri İdarəsini tərk edib. 

 

DPA-nın məlumatına görə, onun danışıqlara qayıdacağı gözlənilmir. 

 

"Türkiyə tərəfi sammitdə konstruktiv rol oynayırdı", - mənbə agentliyə deyib.

Müəllif: Ayna.az      19 Yanvar 2020 23:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin