Güclü qar Tehran aeroportunun işini iflic etdi

Güclü qar Tehran aeroportunun işini iflic etdi

Hava şəraiti avtomobil yollarında da vəziyyəti çətinləşdirib

 

İranın Tehran şəhərində yerləşən “Mehrabad” aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb.

 

AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub.

 

Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.

Müəllif: Ayna.az      19 Yanvar 2020 12:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin