Liviyanın şərqində neft terminalları bağlanır

Liviyanın şərqində neft terminalları bağlanır

Liviya gündəlik 55 milyon dollar itirəcək  

 

Liviya Milli Neft Korporasiyası Əl-Barik, Ras Lanuf, Əl-Harik, Zaituniya və Əl-Sədr limanlarında neft daşımalarının dayandırılması ilə əlaqədar gündəlik milyonlarla dollar itki verəcəyini açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu itki xam neft hasilatında gündə 800 min barel deməkdir, başqa sözlə, 55 milyon dollara bərabərdir.


Məlumatda bildirilir ki, Liviya Milli Neft Korporasiyası, Liviya Milli Ordusunun komandiri Xalifa Haftarın əmri ilə limanların işini əngəllədikdən sonra fövqəladə vəziyyət elan edib. Liviya Milli Ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismari Liviya xalqının "neft obyektlərinə qarşı hərəkətlər etdiyini" söyləyib. 


Qeyd edək ki, əvvəllər də Liviya qəbilələri və Liviyanın şərqindəki yerli ictimai təşkilatlar Tripolidəki Milli Qoşun Hökümətinin hərəkətlərinə etiraz olaraq neft terminallarının bağlanmasını tələb edirdilər.


BMT-nin Liviyaya dəstək missiyası öz növbəsində, bu cür qərarın ölkə iqtisadiyyatına və Liviya xalqına mənfi təsir göstərəcəyini deyərək tərəfləri qarşıdurma zonasına neft yataqları və obyektləri cəlb etməməyə çağırıb.

Müəllif: Raminə Eyvazqızı      19 Yanvar 2020 03:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin