Dünyanı təşvişə salan təhlükəli virus

Dünyanı təşvişə salan təhlükəli virus

Çində peyda olan təhlükəli virus yayılır

 

Artıq Çində ortaya çıxan yeni virusa yoluxanların sayı rəsmi rəqəmlərdən çoxdur. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu dünya alimləri bəyan ediblər.

 

Məlumatda qeyd olunur ki, yeni təhlükəli virusun 45 qurbanın yoluxması  laboratoriya tərəfindən artıq təsdiqlənib, lakin İngiltərə mütəxəssisləri bu rəqəmin 1700-ə yaxın olduğunu təxmin edirlər.

 

Bildirilir ki, koronovirus adlandırılan infeksiyaya yoluxan iki nəfərin ölüm fakti ötən ilin dekabr ayında Çinin Vuhan şəhərində qeydə alınıb. Bir qrup alim çağırış edib ki, virusun qarşısının alınması üçün tədbirlər görülməsə, epidemik vəziyyətə gətirib çıxara bilər. 

 

BBC-nin məlumatına görə, hazırda vəziyyət Londonun İmperial Kollecində Qlobal Xəstəliklərin Təhlili Mərkəzində  araşdırılır.


Eyni zamanda beynəlxalq hava limanlarında sərnişinlərin vəziyyəti nəzarətə götürülüb. Sinqapur və Hong Kong Vuhandan gələn sərnişinlərini araşdırır,  ABŞ səlahiyyətliləri San Francisko, Los Anceles və Nyu-Yorkun üç böyük hava limanında cümə günü bənzər tədbirlərin keçirilməsini elan edib. 


Məlumatda deyilir ki, Tailandda iki, Yapaniyada isə bir nəfər virusdan vəfat edib.


Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı bütün ölkələri virusla bağlı xəbərdar edərək, xəstəliyin yayılmaması üçün tədbirləri gücləndirməyi tövsiyə edib.

Müəllif: Raminə Eyvazqızı      19 Yanvar 2020 02:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin