İqtisadiyyat fakültəsində təhsil alan tələbələrin nəzərinə

İqtisadiyyat fakültəsində təhsil alan tələbələrin nəzərinə

“İqtisad elminin müasir problemləri” adlı dərs vəsaiti işıq üzü görüb

 

İqtisadiyyat fakültəsində təhsil alan tələbələr üçün yeni dərs vəsaiti işıq üzü görüb. AYNA-ya bu barədə kitabın müəlliflərindən biri, Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Raibə Cəfərova məlumat verib.

 

R.Cəfərovanın bildirdiyinə görə, “İqtisad elminin müasir problemləri” adlanan dərs vəsaiti, əsasən magistr pilləsi üçün nəzərdə tutulub: “Müasir cəmiyyətin inkişafında iqtisad elminin rolu və əhəmiyyəti daha çox artıb. Yeni nəşr olunan bu kitabda iqtisadiyyat elminin fundamental problemləri araşdırılıb, ölkə iqtisadiyyatının makroiqtisadiyyat vəziyyətində baş verən əhəmiyyətli irəliləyişlər göstərilib. Eyni zamanda iqtisadi inkişafı ləngidən problemlər tədqiq edilib. Bu baxımdan dərs vəsaiti magistr pilləsində təhsil alan tələbələrin “İqtisad elminin müasir problemləri” fənninin mənimsənilməsində əhəmiyyətli dərəcədə kömək edəcək”.

 

R.Cəfərovanın sözlərinə görə, sözügedən vəsaitdən ali məktəb müəllimləri, elmi-tədqiqat institutlarının əməkdaşları, doktorantlar və iqtisadiyyat istiqaməti üzrə oxuyan tələbələr istifadə edə bilərlər.

 

Qeyd edək ki, 264 səhifədən ibarət dərs vəsaitinin daha iki müəllifi var - Raminə Mustafayeva və Yeganə Abbasova. Elmi redaktoru isə akademik Ziyad Səmədzadədir.

Müəllif: Ayna.az      18 Yanvar 2020 21:24
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin