BŞPİ-dən uşaq evində şagirdin döyülməsi xəbərinə münasibət

BŞPİ-dən uşaq evində şagirdin döyülməsi xəbərinə münasibət

Bakı polisi yeniyetmənin uşaq evində zorakılığa məruz qalması iddialarına münasibət bildirib

 

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı RPİ İstintaq şöbəsində müvafiq araşdırmalar aparılıb.

 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb.

 

“Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq, onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib. Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktika çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir. 

 

Azyaşlının anası, Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızdır”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az      18 Yanvar 2020 17:38
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin