Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

Şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

 

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub. 

 

AYNA xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.

 

Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.

 

"Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb", - deyə MSK sədrinin müavini əlavə edib.

 

O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

 

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək.

Müəllif: Ayna.az      18 Yanvar 2020 16:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin