Saxta spirtli içkilər satan şəxs tutuldu

Saxta spirtli içkilər satan şəxs tutuldu

Şəkidə üç kafedə saxta spirtli içki aşkarlanıb

 

Şəkidə saxta spirtli içkilər satan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən üç kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülüb.

 

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilib.

Müəllif: Ayna.az      18 Yanvar 2020 15:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin