Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyanın gözü önündə qətliam: “Bu, faşizm ideologiyasının davamıdır”

Dünyanın gözü önündə qətliam: “Bu, faşizm ideologiyasının davamıdır”

Azər Qarayev: “Həmin qərarı qəbul edənlər tezliklə qanun qarşısında cavab verməlidirlər”

 

Avstraliyada meşə yanğınlarında 1 milyard başa yaxın müxtəlif növ heyvan tələf oldu. Bu itkinin ardınca Avstraliya hökuməti belə qərar verdi ki, quraq ərazilərdə olan 10 minə yaxın dəvə mərhələli şəkildə öldürülsün. Bu qətliamla bağlı verilən qərara səbəb kimi dəvələrin mövcud su hövzələrini insanların “əlindən alması” göstərilib.

 

Təbii fəlakəndə milyonlarla heyvan ölür, Avstraliya buna görə qan ağlayır. Bir tərəfdən isə insanlar öz əlləri ilə başqa canlıları qətl edirlər. Bu qərar nə dərəcədə ədalətli və humanistdir? Heyvanlar arasındakı ayrı-seçkiliyə, diskriminasiyaya niyə etiraz edilmir?

 

Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri, ekoloq Azər Qarayev AYNA ilə söhbətində baş verən dəvə qətliamından danışıb.

 

“Baş verənlər təəssüf doğurur və vəhşi təbiətdəki dəvələrin öldürülməsi  birmənalı şəkildə heyvanlara qarşı ayrı-seçkilikdir. Dünyada ikili standartın tətbiqi deməkdir. Zaman-zaman insanlara qarşı bu ayrı-seçkilik edilir və bunu insan haqları deyib müdafiə etmək imkanlarımız var. Amma heyvanlara qarşı ayrı-seçkiliyi hər hansı qanunla tənzimləmək iqtidarında deyilik. Bəs, hansısa heyvan növlərini öldürməyi kimlər sifariş edirlər? Müəyyən təşkilatlar var ki, heyvanların haqlarına qeyri-ciddi yanaşır, onlar konservasiya ideyasını irəli sürür, daha üstün heyvan növünün saxlanmasına və ya yox edilməsinə qərar verirlər”, - müsahibimiz bildirib.

Müəllif: Raminə Eyvazqızı      18 Yanvar 2020 16:51
Dünya bölməsinə aid digər xəbərlər
4 Mart
23:31
Ömrün ən həssas seçimi: İfrat azadlıqla şiddətin arasında
4 Mart
21:43
“Paşinyan söz eşitməsəydi, çıxış etdiyi meydanda güllələnə bilərdi” – ALEKSANDR SITİN
4 Mart
19:59
Kasıbın əli çatmırsa, bunun adı niyə ipoteka kreditidir?!
4 Mart
18:43
"Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu" - Prezident
4 Mart
17:39
Nazirlər Kabineti buraxılış imtahanlarının keçirilmə qaydasını dəyişdirib
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin