Mandat uğrunda mübarizə aparacaq şəxslərin sayı açıqlanıb

Mandat uğrunda mübarizə aparacaq şəxslərin sayı açıqlanıb

81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib 

 

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib. 

 

MSK sədrinin sözlərinə görə, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1622 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb".

 

 Məzahir Pənahov onu da qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar 81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib və hazırda bu proses davam edir. 

Müəllif: Ayna.az      17 Yanvar 2020 16:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin