Ağır avtomobil qəzası baş verib, yaralılardan biri ölüb

Ağır avtomobil qəzası baş verib, yaralılardan biri ölüb

Faktla bağlı araşdırma aparılır

 

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. AYNA xəbər verir ki, qəza Saatlı rayonunun Qaranuru kəndi ərazisində qeydə alınıb.

 

“Mitsubishi” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər - Saatlı rayon sakinləri - 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu, 1958-ci il təvəllüdlü Səmədov Əbülfət Ərəstun oğlu, 1979-cu il təvəllüdlü Minbaşıyev Feyruz Əziz oğlu və 1977-ci il təvəllüdlü Teymurov Elşad Yunsur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılardan ikisi Saatlı Rayon Mərkəzi Xəstəxanası, digər ikisi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərinə səylərinə baxmayaraq, N.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.  

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      17 Yanvar 2020 14:24
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin