AQTA hesabat verib

AQTA hesabat verib

Qoşqar Təhməzli hesabat dövründə görülən işlərdən danışıb

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi sahəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib.

 

AYNA-nın xəbərinə görə, mətbuat konfransını giriş sözü ilə açan AQTA sədri Qoşqar Təhməzli hesabat dövründə ölkəmizdə qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlarla əməkdaşlıq və qeydiyyat, beynəlxalq əməkdaşlıq, ictimai nəzarət və maarifləndrimə tədbriləri barədə iştirakçılara məlumat verib.

 

Eyni zamanda, Q.Təhməzli qida zəncirinə dövlət nəzarəti tədbirləri, onların nəticələri, eləcə də ictimaiyyətlə əlaqələlər və həyata keçirilən layihələrdən danışıb. AQTA sədri hesabat dövründə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər, Qida Təhlükəsizliyi İnstitunun fəaliyyəti barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

 

“Ötən il Agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib. “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi və uyğunlaşma paketi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib”, - sədr bildirib.

 

Onun sözlərinə görə, ötən il ərzində “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb: “Sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Artıq 6 sanitar, fitosanitar, baytarlıq norma və qaydalar Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layhə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib”.

Müəllif: Ayna.az      17 Yanvar 2020 11:43
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin