Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib

Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib

İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir”

 

“Azərsun Holdinq”un nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edilib. AYNA xəbər verir ki, müxtəlif media qurumları və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil olunub.

 

Müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ci ildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən “Azərsun Sənaye Parkı”na köçürüldüyünü bildirib: “İstehsal müəssisəsi tam avtomatlaşdırılmış və müasir avadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir”.

Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi Tural Babayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyini bildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib.

 

Rafinasiya sahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə və kulinarlara buradakı müasir avadanlıqlar və yaradılmış şəraitlə tanış olublar və onlara gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumat verilib.

Daha sonra qonaqlar “Final”, “Zeytun bağları” kimi duru yağların istehsal edildiyi sahə ilə tanış olublar. Jurnalistlərə və kulinarlara “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın keyfiyyətə və texnoloji yeniliklərin tətbiqinə xüsusi həssaslıqla və tələbkarlıqla yanaşdığı bildirilib və bu sahədə də digərlərində olduğu kimi müasir avadanlıqlardan istifadə edildiyi qeyd edilib.

 

“Zeytun bağları” barədə məlumat verilərkən bu yağın Abşeron rayonu ərazisindən toplanılan zeytundan emal edildiyi vurğulanıb. Ziyarət çərçivəsində “Möcüzə” spred yağının da istehsal prosesi nümayiş etdirilib.

Bakı Qida və Yağ Fabriki ziyarəti çərçivəsində qonaqlara “Bizim Süfrə” mayonezlərinin və ketçuplarının da istehsal prosesi nümayiş etdirilərək bu yerli markaların tərkibinə heç bir qatqı maddəsinin əlavə edilmədiyi bildirilib. Həmçinin burada istehsal olunan ketçupların istehsal edilməsində təbii yerli pomidorlardan istehsal edildiyi qeyd edilib.

Müəllif: Ayna.az      17 Yanvar 2020 11:22
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin