Qərb və şimal-qərb bölgələrində yanğın olub

Qərb və şimal-qərb bölgələrində yanğın olub

Hadisə yerlərinə yanğından mühafizə bölmələri cəlb olunub

 

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə, digər otağının tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Balakən rayonunun İtitala kəndində də yanğın baş verib. Ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      17 Yanvar 2020 10:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin