Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb

Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək 

 

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb.

 

AYNA xəbər verir ki, bu gecədən etibarən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər seçkiqabağı təşviqat apara bilərlər.

 

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

 

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.

Müəllif: Ayna.az      17 Yanvar 2020 03:09
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin