Avstraliyada dəvələrin qətliamı davam edir

 Avstraliyada dəvələrin qətliamı davam edir

Avstraliyanın səhrasında gəzən bir milyondan çox vəhşi dəvənin olduğu təxmin edilir

 

Minlərlə dəvə Cənubi Avstraliyanın ucqar hissəsində yenidən öldürülmə riski ilə üzləşib. AYNA xarici mətbuata istinadən  xəbər verir ki, əyalətin şimal qərbindəki “Anangu Pitjantjatjara Yankunytjatjara” (APY torpaqları) bu ayın əvvəlində 10 minə qədər heyvan öldürmək planını açıqlamışdı.

 

APY torpaqları dünən gecə edilən bir şərhdə 5000 dəvənin öldürüldüyünü təsdiqləyib. APY torpaqlarının rəsmisi Riçard King verdiyi məlumatda dəvələrin "ən insani şəkildə" yox edildiyini söyləyib.

 

Dəvələrin qətli heyvansevərlərin qəzəbinə səbəb olsa da, Ricard King bəyan edib ki, dəvələr insanların su mənbələrinə ziyan vurduqları üçün onların öldürülməsi vacib addımdır: “Torpağın qəyyumları olaraq, icmalar üçün dəyərli su mənbələrini qoruyan və hər kəsin, o cümlədən gənc uşaqların, yaşlıların həyatını əsas götürürək bu  zərərvericilərlə (dəvələrlə) mübarizə aparmalıyıq".

 

Cənubi Avstraliyanın Ətraf Mühit və Su İdarəsi əvvəllər dəvələri toplayıb satdıqlarını bəyan edib, lakin indi dəvələr çoxaldığından onların öhdəsindən gələ bilmirlər.


 
Qeyd edək ki, Avstraliya hökumətinin rəsmi açıqlamasına görə, Avstraliyanın səhrasında gəzən bir milyondan çox vəhşi dəvənin olduğu təxmin edilir.

Müəllif: Ayna.az      16 Yanvar 2020 16:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin