Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qanlı Yanvar” filmi ödənişsiz nümayiş olunacaq

“Qanlı Yanvar” filmi ödənişsiz nümayiş olunacaq

20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsinin repertuarından komediya filmləri çıxarılacaq

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək. AYNA-ya bu barədə  “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verilib.  

Xatırladaq ki, film 1990-cı ilin 20 yanvar hadisələrindən bəhs edir. Filmin rejissoru Vahid Mustafayevdir. Filmin çəkilişlərində təkcə Azərbaycandan deyil, ABŞ, Türkiyə, İran və Rusiyadan da aktyor truppası, o cümlədən Nebahat Çehre, Len devis kimi məşhur aktyorlar, həmçinin yerli aktyorlar - Faiq Mirzəyev və Azər Aydəmir iştirak edirlər.

 

"Qanlı Yanvar" filmi ümumiyyətlə məhəbbət haqqındadır. Filmdə baş rolda oynayan Mehdinin məhəbbəti nişanlısı öldürüləndən sonra Vətənə məhəbbətə keçir və o, inqilab hərəkatına başçılıq edir. Filmdə, əsasən müstəqillik mücadiləsindən bəhs olunur.

 

Onu da qeyd edək ki, 20 yanvar tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsinin repertuarından komediya filmləri çıxarılacaq.

Müəllif: Ayna.az      16 Yanvar 2020 19:57
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin