Çökmüş yolla bağlı yeni xəbər var

Çökmüş yolla bağlı yeni xəbər var

Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub

 

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davam etdirilir.

 

AYNA "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına əsasən xəbər verir ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

 

"Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində olacaq. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılır. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulur və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək", - AAYDA-nın məlumatında qeyd olunur.

Müəllif: Ayna.az      16 Yanvar 2020 10:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin