Putin hökumətin istefası ilə bağlı fərman imzaladı

Putin hökumətin istefası ilə bağlı fərman imzaladı

Sənəd 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir

 

Rusiya Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fərmanda deyilir:

 

“Rusiya Federasiyasının Konstitusiyasının 83-cü maddəsinin “v” bəndinə və 117-ci maddənin ikinci hissəsinə uyğun olaraq qərar verirəm: Rusiya Federasiyası Hökumətinin istefası elan edilsin”.

 

Qeyd edilir ki, sənəd imzalandığı gündən - 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

 

Müvəqqəti olaraq Baş Nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.

Müəllif: Ayna.az      15 Yanvar 2020 23:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin