Ölkədə 35 nəfər şübhəli şəxs qismində saxlanılıb

Ölkədə 35 nəfər şübhəli şəxs qismində saxlanılıb

Axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

 

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Müəllif: Ayna.az      15 Yanvar 2020 18:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin