Yeni referendum keçiriləcək, Nazirlər Kabineti ləğv ediləcək

Yeni referendum keçiriləcək, Nazirlər Kabineti ləğv ediləcək

Rayonlar əvəzinə iqtisadi və inzibati bölgələr yaranacaq

 

Çox güman, 9 fevralda formalaşacaq Parlament keçici olacaq, bir müddət sonra buraxılacaq. Amma ondan öncə ölkədə yeni referendum keçiriləcək, proporsional seçki sistemi bərpa olunacaq, ikinci hakim partiya yaranacaq.

 

Prezidentin 2 dəfədən çox seçilmə haqqının olmaması yenidən tətbiq ediləcək. Nazirlər Kabineti, İcra Başçısı institutu ləğv ediləcək, rayonlar əvəzinə iqtisadi və inzibati bölgələr yaranacaq.

 

Ölkə böyük və köklü dəyişikliklərə hamilədir, bunu analiz etmək, doğru oxumaq lazımdır. İdarəetmədə köklü dəyişiklik olmasa, ölkə iqtisadiyyatında heç bir pozitiv irəliləyiş mümkün deyil.

 

Nefti nəzərə almasaq, Azərbaycanın ixrac etdiyi məhsulun 1 kilosunun dəyəri ortalama 1 dollar civarındadır, inkişaf etmək üçün ixrac məhsulunun 1 kq-mı ortalama, azı 10 dollar olmalıdır. Bu isə pomidor-xiyarla mümkün deyil. Bu gün neft-qazdan gələn gəliri əvəz etmək üçün aqrar ixracatımız 20-25 dəfə artmalıdır, bu isə fiziki olaraq mümkün deyil.

 

Bu gün bir fermer gərək 2 ton pomidor satsın ki, bir keyfiyyətli smartfon alsın. “Volkswagen” şirkətinin 36 saata istehsal etdiyi məhsulun dəyəri Azərbaycanın 1 ilə ixrac etdiyi aqrar sektorun dəyərindən çoxdur - belə modellə inkişaf etmiş ölkə olmaq mümkün deyil.

 

Əsas bəla da idarəetmə sisteminin zay, məhkəmə sisteminin ədalətsiz olmasıdır. Belə...

Müəllif: Natiq Cəfərli, REAL-ın icraçı katibi, iqtisadçı-ekspert      15 Yanvar 2020 12:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin