İspaniyada neft zavodu partladı, ölən və yaralananlar var - VİDEO

İspaniyada neft zavodu partladı, ölən və yaralananlar var -        VİDEO

Yerli sakinləri evlərdən çıxmamaq tövsiyə olunub

 

İspaniyanın Kataloniya muxtar vilayətinin Tarraqon şəhərində neft-kimya zavodunda güclü partlayış olub.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayışda ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Yerli sakinləri kimyəvi zəhərlənmə təhlükəsi səbəbindən evlərdən çıxmamaq, qapı və pəncərələri bağlamaq tövsiyə olunub.

 

Partlayış nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb. 

 

Hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Müəllif: Ayna.az      15 Yanvar 2020 03:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin