Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın:     sakinlər təxliyə edilib

10 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub

 

Bakıda yaşayış binasında yanğın olub.

 

AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb. 

 

Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      14 Yanvar 2020 23:40
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin