İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina etdi

İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina etdi

Davos forumu yanvarın 21-dən 24-dək keçiriləcək

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda (İsveçrə) keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.

 

AYNA xəbər verir ki, bu barədə forumun prezidenti Byorq Brendə istinadən “Associated Press” agentliyi bildirib.

 

"Bizim fikirimizcə, ləğv (səfərin ləğvi - red) regionda qeyri-sabit vəziyyət və İranda baş verən hadisələr fonunda olub", - Brend bildirib.

 

Agentlik qeyd edib ki, Zərifin imtinası forumda ABŞ və İran nümayəndələrinin görüşü imkanını istisna edir.

 

Qeyd edək ki, Davos forumu yanvarın 21-dən 24-dək keçiriləcək.

 

Yanvarın 7-də ABŞ məmuruna istinadən “Reuters” agentliyi bildirib ki, ABŞ Zərifə viza verməkdən imtina edib. O, BMT nizamnaməsinə riayət olunması məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının daha əvvəl planlaşdırılmış müzakirələrində iştirak etməli idi.

Müəllif: Ayna.az      14 Yanvar 2020 22:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin