Müxalif general Moskvanı tərk etdi

Müxalif general Moskvanı tərk etdi

Haftar rəsmi Ankaradan Liviyadakı əsgərlərini geri çağırmağı istəyib

 

Rusiyanın paytaxtı Moskvada, Liviyada sülh anlaşmasına dair toplantı yarımçıq başa çatıb. Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftar anlaşmaya imza atmadan toplantını tərk edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, generalın bu davranışı bir çox səbəblərdən meydana çıxıb. Belə ki, general Türkiyənin atəşkəs prosesinə nəzarət etməsini rədd edib. O, tələb edib ki, rəsmi Ankara Liviyadakı əsgərlərini geri çağırsın.

 

Nəticəsiz qalan Moskva toplantısında 8 saatlıq müzakirə olub. Rusiya Xarici İşlər naziri Sergey Lavrov general Haftarın atəşkəs müqaviləsini imzalaması üçün zaman istədiyini bildirib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə liviyalı generalın tələbinə qısa müddətdə cavab verəcəklərini bəyan edib.

 

Qeyd edək ki, general Haftar, Qərb və Türkiyənin legitim hökumət olaraq qəbul etdiyi əl-Fərəc hökumətinə qarşı müxalif mövqe sərgiləyir və paytaxt Tripoli üzərinə hücuma hazırlaşır.

Müəllif: Ayna.az      14 Yanvar 2020 13:01
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin