"Nemiroff"lar müsadirə olunub

"Nemiroff"lar müsadirə olunub

Avtomobilin gizli saxlanc yerlərindən spirtli içkilər aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarında olan gizli saxlanc yerlərindən "Nemiroff" markalı 25 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Yanvar 2020 12:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin