Əsəd Süleymanini ölümündən sonra ordenlə təltif etdi

Əsəd Süleymanini ölümündən sonra ordenlə təltif etdi

"Bu, dərin hörmətin əlamətidir" 

 

Suriya Prezidenti Bəşər Əsəd yanvarın 3-də ABŞ-ın raket zərbələri nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaniyə ölümündən sonra “Şərəf” ordeni verib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Baş Naziri İmad Hamis İranın vitse-prezidenti Eshaq Cahangiri ilə görüşündə məlumat verib.

 

“Bu ordenlə təltifetmə Suriya Prezidentinin general Süleymaniyə və onun İrandakı qardaşlarına dərin hörmətin əlamətidir”, - deyə Hamis vurğulayıb.

Müəllif: Ayna.az      14 Yanvar 2020 03:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin