Magistraturaya qəbulla bağlı mühüm dəyişiklik

Magistraturaya qəbulla bağlı mühüm dəyişiklik

Azərbaycanda magistraturaya qəbul imtahanı birmərhələli olacaq

 

Nazirlər Kabineti Azərbaycanın "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.

 

AYNA xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

 

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

 

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

 

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Müəllif: Ayna.az      13 Yanvar 2020 22:22
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin