Pərviz Müşərrəfin edam cəzası ləğv edildi

Pərviz Müşərrəfin edam cəzası ləğv edildi

Pərviz Müşərrəf barəsindəki dövlət xəyanət ittihamına dair dekabrın 27-də Lahor Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdi

 

Pakistanın Lahor Ali Məhkəməsi sabiq prezidenti Pərviz Müşərrəf barəsində çıxarılmış ölüm hökmünü qeyri-konstitusional hesab edərək ləğv edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, 76 yaşlı keçmiş prezident ötən ilin dekabrında Pakistanın xüsusi məhkəməsinin qərarı ilə dövlətə xəyanətdə ittiham olunaraq edam cəzasına məhkum olunmuşdu. Pərviz Müşərrəfə qarşı ittiham 2007-ci ildə onun konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etməsi səbəbindən irəli sürülmüşdü.

 

Müşərrəfin ona qarşı çıxarılan hökmə qarşı qaldırdığı vəsatətləri araşdıran hakimlər heyəti, həmçinin, Pakistanın keçmiş dövlət başçısına qarşı xəyanət iddiası ilə bağlı məhkəmə işinin qanunauyğun hazırlanmaması barədə qərar qəbul edib.

 

Xatırladaq ki, 2016-cı ildə Pakistan Ali Məhkəməsi Pərviz Müşərrəfə ölkəni tərk etməyə icazə verdikdən sonra müalicə olunmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə gedən keçmiş prezident hazırda Dubayda yaşayır.

Müəllif: Ayna.az      13 Yanvar 2020 21:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin