Bakı metrosunda insident

Bakı metrosunda insident

Hazırda faktla bağlı araşdırma aparılır

 

Bu gün saat 14:12 radələrində metronun “20 Yanvar” stansiyasında bir nəfər özünü qatar yoluna atıb.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AYNA-ya açıqlamasında faktı təsdiqləyib.

 

Bildirib ki, maşinist dərhal qatarı dayandırıb: "Kimliyi məlum olmayan oğlan qatar yolundan çıxarılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Hadisə zamanı həmin şəxs xəsarət almayıb". 

 

"Onun intihar məqsədilə özünü qatar yoluna atdığı dəqiq bilinmir. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə B.Məmmədli qeyd edib.

Müəllif: Ayna.az      13 Yanvar 2020 19:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin