Nərmin Quliyeva cinayətinin pərdəarxası - AĞLASIĞMAZ...

Nərmin Quliyeva cinayətinin pərdəarxası -   AĞLASIĞMAZ...

Qətldə təqsirləndirilən şəxs: "Əzab-əziyyət çəkdiyi üçün başını divara çırpırdı"

 

Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlinin tam təfərrüatı məlum olub. AYNA xəbər verir ki, oxu.az-ın əməkdaşı bu cinayətlə bağlı bütün faktları toplayıb.

 

... Qız noyabrın 21-də itkin düşdü. Qonşuların qeyd etdiyinə görə, hadisə toy günü günortadan sonra baş verdi. Bütün cəmiyyət uşağın axtarışını izlədi və sağ tapılması üçün dua etdi.

 

Nərmin 46 gündən sonra tapıldı, amma öldürülmüş və yandırılmış vəziyyətdə. Azərbaycan Prezidenti İlham Əliyev cinayətlə bağlı açılmış istintaq işini nəzarətə götürdü.

 

Yanvarın 10-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bildirdi ki, qətldə şübhəli bilinən, qurbanın atası Şərif Quliyevin qonşusu və sinif yoldaşı, 47 yaşlı İlkin Süleymanov tutulub.

 

Deməliyəm ki, hamı Nərmini öldürən şəxsin İ.Süleymanov olmasına inanmır. Bu baxımdan cəmiyyət üç cəbhəyə ayrılıb. Bəziləri Süleymanovun tutulması ilə razıdır, ikinci hissə onun qətldə iştirakına inanmadığını bildirir, bəziləri isə məhkəmə qərarını gözləyərək hər hansı bir şərhdən, tamamilə imtina etdiklərini söyləyir.

 

Son günlər sosial şəbəkələrdə və internet forumlarında bu mövzu ilə bağlı müzakirələr dayanmır. İnsanların çox sayda sualları, fikirləri var. Bu suallara qismən də olsa, aydınlıq gətimək məqsədilə baş vermiş hadisə ilə bağlı ardıcıl və ətraflı məlumat vermək istəyirik.

 

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumatlar ibtidai istintaq məlumatlarıdır. Faktla bağlı istintaq hələ də davam edir, yeni hallar yarana bilər. Cinayətdə iştirak edən şəxslər ifadələrini dəyişdirə bilərlər. Sonda məhkəmə digər faktları da üzə çıxara bilər. Təqsirsizlik prezumpsiyasına əməl edərək İlkin Süleymanovu qatil adlandıra bilmərik, baxmayaraq ki, hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarına görə, adam cinayətini etiraf edib və istintaqda ona qarşı bütün lazımi sübutlara malikdir.

 

Nərmin yoxa çıxdığı gün...

 

Ondan başlayaq ki, qohumlarının ifadəsinə görə, Nərmin əmisi Lətif Quliyevin həyətində yoxa çıxıb. Məlumdur ki, qardaşlar Şərif, Arif və Lətif Quliyevlər bir-birinə yaxın məsafədə yaşayırlar.

 

Günortadan sonra atası qızı, bir gün əvvəl qardaşı Arif Əliyevə verdiyi pencəyi geri almaq üçün göndərir. Nərmini sonuncu dəfə əmisi Lətif Quliyevin evinin həyətində görürlər. Ancaq qəribədir ki, heç kim Nərminin oradan necə çıxdığını görməyib. Buna görə də yaxın qohumlar arasında parçalanma yarandı, qarşılıqlı ittihamlar başladı.

 

Nərminin yerini ən qısa zamanda tapmaq ümidi ilə, demək olar ki, bütün qohumları "Xəzər" TV-də Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinə üz tutdular. Veriliş xüsusi səylə Nərminin axtarışına qoşularaq, əməliyyat-axtarış işini və istintaqın məxfiliyinə dair qanunları kobud şəkildə pozaraq istintaqı qarışdırdı. Yaxın qohumlar ilk şübhəlilərin sırasına düşdülər. Lakin bu barədə danışmaq çox gecdir...

Müəllif: Ayna.az      13 Yanvar 2020 18:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
16 İyul
17:21
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları xeyli üstələyib
16 İyul
16:24
İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib
16 İyul
15:31
Məmmədyarov vəzifəsindən azad edildi: Yeni XİN başçısı təyin olundu
16 İyul
13:39
COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı
16 İyul
10:25
Orduya dəstək mitinqini təxribata çevirən “gizli əl” – Hadisələrin izi ilə
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin