Azərbaycanda ana və uşaq piyada keçidində ölümlə üz-üzə - ANBAAN VİDEO

Azərbaycanda ana və uşaq piyada keçidində ölümlə üz-üzə -     ANBAAN VİDEO

Zərbənin gücündən “Niva” qarşıdakı “Mercedes”ə dəyib, ardınca isə çevrilərək artıq yolun bir hissəsini keçən ana və uşağı vurub

 

Azərbaycanda piyadanın vurulması ilə nəticələnən dəhşətli yol qəzası kameraya düşüb. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, piyada keçidində avtomobillər dayanıb və piyadalar keçidə daxil olublar.

 

Ana və azyaşlı uşaq da keçiddən keçməyə çalışarkən, axadan gələn yük maşını “Niva”ya çırpılıb. Zərbənin gücündən “Niva” qarşıdakı “Mercedes”ə dəyib. Ardınca isə çevrilərək artıq yolun bir hissəsini keçən ana və uşağı vurub.

 

Yolun ortasında plastmas arakəsmə olduğu üçün piyadalar avtomobil və arakəsmə arasında qalıblar. Bu isə onların ağır xəsarət almasına mane olub.

Müəllif: Ayna.az      13 Yanvar 2020 16:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin