PKK-nın gənclər təşkilatına ağır zərbə

PKK-nın gənclər təşkilatına ağır zərbə

Yeni-yeni terrorçular hazırlayan şəxslər ələ keçiblər

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) PKK terror təşkilatına qarşı növbəti uğurlu əməliyyatını keçirib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı üçün döyüşçülər hazırlayan, PKK gənclər təşkilatının (YPS) 12 nəfər üzvü Diyarbəkirdə tutulub.

 

Əməliyyat-axtarış nəticəsində jandarma heyəti PKK-nın şəhər şöbələrində fəaliyyət göstərən, təşkilata üzvlər qəbul edərək, onları yetişdirən şəxslər ələ keçiblər. Onlar “Dijvar Amed”, “Mordem Amed”, “Kərim” “Devrim Amed”, “Roni Derxust”, “Şerzan Amed”, “Qundi”, “Delil Çevlik”, “Andok”, “Mücahid”, “Muxtar” və “Dilxez Amed” şifrəli adlarla tanınan terrorçulardır.

 

Şübhəlilərin evlərində aparılan axtarışlar nəticəsində 1 tapança, 29 fişəng və 2 enerji yükləmə cihazı (adapter) ələ keçirilib. Jandarmada izahatları alındıqdan sonra məhkəmə qarşısına çıxarılan həmin şəxslərin bəziləri barəsində həbs-qətimkan tədbiri seçilsə də, bir neçəsi şərti azadlığa buraxılıb.

Müəllif: Ayna.az      13 Yanvar 2020 14:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin