Müdafiə naziri komandirlərin toplanmasına göstəriş verib

Müdafiə naziri komandirlərin toplanmasına göstəriş verib

Tabor komandirlərinin toplantısı keçirilir, toplantılarda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir

 

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır. Həmçinin şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Müəllif: Ayna.az      13 Yanvar 2020 12:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin