Putin və Makron arasında telefon danışığı olub

Putin və Makron arasında telefon danışığı olub

Dövlət başçıları Ukrayna və Suriya məsələlərini müzakirə ediblər

 

Rusiya prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.

 

AYNA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, dövlət başçıları Ukrayna və Suriya məsələlərini müzakirə ediblər. "Görüşdə Ukraynadaxili münaqişəyə və Suriyadakı vəziyyətə toxunulub", - deyə xəbərdə bildirilir. 

 

Putin və Makron həmçinin İran ətrafında yaranan gərginliklə bağlı tərəfləri təmkinli olması zəruriliyinə toxunublar. 

 

"İran ətrafında gərgin vəziyyətlə əlaqədar Rusiya və Fransa prezidentləri bütün tərəflərin təmkinliliyi təzahürünə ehtiyacın olduğunu qeyd etdilər və Birgə Hərtərəfli İş Planının saxlanılmasına yönəldilmiş səylərin davam etdirilməsinin faydası ilə bağlı fikir bildirdilər", - xəbərdə deyilir.

 

Dövlət başçıları şəxsli əlaqələri davam etdirməyi razılaşdırıblar.

Müəllif: Ayna.az      12 Yanvar 2020 23:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin